Klub sahibi dünyasını dəyişib
21.02.2009 - 12:08
Milli Basketbol Assosiasiyasında (MBA) çıxış edən “Yuta Caz” klubu sahibsiz qalıb. Apasport.az saytının məlumatına görə, komandanın 64 yaşlı sahibi Larri Miller Solt-Leyk-Siti şəhərində vəfat edib.
Avtomobillərin ehtiyat hissələrinin satıldığı mağazada işə başlayan Miller zaman keçdikcə özünün avtosalonlar şəbəkəsini yaradıb. Bu biznesdən zənginləşən amerikalı 1985-ci ildə “Yuta Caz”ın yarısını, bir il sonra digər hissəsini alıb. Şəkər diabetindən əziyyət çəkən Miller ötən ilin iyununda infarkt keçirmişdi. Bundan sonra əlil arabasına məhkum olunan milyonçunun durumu yaxşılaşmadığı üçün hər iki ayağının dizdən aşağı hissəsi ilə də vidalaşmalı olmuşdu.
Qeyd edək ki, 1997 və 1998-ci illərdə Millerin komandası MBA-nın finalına yüksəlib.

0
0