Natalya Məmmədova: Ən böyük hədəfim olimpiadada çıxış etməkdir
24.02.2009 - 11:53
“Ən böyük hədəfim olimpiadada çıxış etməkdir”. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu sözləri Azərbaycan yığmasının və Türkiyənin “Türk Telekom” klubunun voleybolçusu Natalya Məmmədova deyib.
Lakin 25 yaşlı idmançı bu məqsədinə Azərbaycan yığmasının heyətində nail olacağına tam inanmır: “Azərbaycan yığması ilə bu hədəfə çata bilərəm-bilmərəm, demək çətindir. Lakin hər halda, olimpiadalarda oynamağı çox istəyirəm”.
1984-cü ildə Ukraynanın Donetsk şəhərində doğulan Natalya 19 yaşında ikən ölkəmizə gəlib. Onun qızlıq soyadı Skazka olub. Millimizin heyətinə cəlb edildikdən sonra soyadını dəyişdirərək, Məmmədovaya çevrilib. İlk dəfə 2004-cü ildə Bakıda keçirilən Afina Yay Olimpiya Oyunlarına lisenziya xarakterli seçmə turnirdə yığmamızın formasını geyib. “Azərreyl”in heyətində Çempionlar Liqasında mübarizə aparan Natalya 3 dəfə turnirin ən məhsuldar oyunçusu olub. 2007-ci ildə ona Avropanın ən yaxşı voleybolçusu üçün müəyyənləşdirilən xüsusi mükafat verilib.
Məmmədova bir voleybolçu kimi Azərbaycanda yetişdiyini, hazırda isə inkişaf dövründə olduğunu açıqlayıb: “Özümü peşəkar karyeramın başlanğıcında görürəm. İndiyədək Azərbaycanda yalnız yığma komanda olduğu üçün mənim hədəflərimdə yalnız bu ölkənin milli formasını geymək vardı. Amma indi klub karyerama da böyük önəm verirəm”.

0
0