Natalya Məmmədova Qamova ilə bacarmadı
05.03.2009 - 00:14
Natalya Məmmədova Qamova ilə bacarmadı
Türkiyənin “Türk Telekom” voleybol klubu Çempionlar Liqasının ilk ¼ final oyununda məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın şərəfini qoruduğu Türkiyə təmsilçisi öz meydanında məşhur Valentina Qamovanın da çıxış etdiyi Moskva “Dinamo”suna 2:3 (25:20, 18:25, 25:23, 23:25, 13:15).

Komandalar arasında cavab qarşılaşması martın 12-də Rusiya paytaxtında keçiriləcək. Qalib komanda “Dördlər finalı”na yüksələcək.
0