Milli komandanın üzvü ölümdən qayıtdı - FOTO
11.03.2009 - 15:13
Milli komandanın üzvü ölümdən qayıtdı - FOTO
Almaniya Bundesliqasının “Ştutqart” – “Goppinger” oyunu faciə ilə nəticələnə bilərmiş. Apasport.az saytının məlumatına görə, ştutqartlıların həndbolçusu Lemqos Tamaş Moksai dünənki qarşılaşmanı ciddi xəsarətlə tərk edib. Macarıstan milli komandasının 30 yaşlı üzvü təxminən üç dəqiqə meydanın ortasında huşsuz vəziyyətdə qalıb. Gözləri yarımbağlı, yarımaçıq olan Tamaş başı dəsmal üzərində hərəkətsiz qalsa da, onu xilas etmək mümkün olub. Huşsuz olduğu müddətdə meydanın ortasında onu xilas etməyə çalışan həkimlər briqadası macar həndbolçunun özünə gəlməsinə nail olub. Vəziyyəti çox ağır olan idmançı xəstəxanaya aparılıb. İlkin müayinə Tamaşın ağır kontuziya aldığını göstərib. Bütün baş verənlərə isə Moksainin rəqib həndbolçu Dalibor Anşiçlə toqquşması səbəb olub. Rəqibinə dəydikdən sonra oyunun keçirildiyi zalın döşəməsinə düşən macarın başı yerə çarpıb.

Qeyd edək ki, bir həftə əvvəl Almaniyanın gənclərdən ibarət milli komandasının üzvü Sebastyan Faisst həndbol oyunu zamanı dünyasını dəyişmişdi.
0