Voleybolçularımız yenə Boris Yeltsini anacaqlar
30.04.2009 - 13:43
Voleybolçularımız yenə Boris Yeltsini anacaqlar
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması yenə Rusiyanın birinci prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qatılacaq. Apasport.az saytının məlumatına görə, artıq Azərbaycan Voleybol Federasiyası təşkilatçılara təsdiq məktubunu göndərib.

Sayca 7-ci dəfə keçiriləcək beynəlxalq turnirdə milli komandamızla yanaşı, Rusiya, Kuba, Yaponiya, Hollandiya və Belarusun mübarizə aparacağı dəqiqdir. Eyni zamanda, dünyanın ən güclü kollektivlərindən sayılan Çin yığmasının da yarışda iştirakı gözlənilir.

“Boris Yeltsin Kuboku” uğrunda turnir iyunun 26-dan iyulun 4-dək Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq.
0