“Qalatasaray” Bakıya məğlub gəlir
09.12.2009 - 10:57
“Qalatasaray”ın qadın voleybolçularından ibarət komandası Bakıya məğlub gəlir. Apasport.az saytının məlumatına görə, İstanbul klubu keçirdiyi son oyunda, Türkiyə çempionatının VIII turunda “Əczaçıbaşı”na uduzub (1:3). Bu uğursuzluğun ardından “Qalatasaray” 4-cü pilləyə enib.
“Cim Bom” “Çağırış kuboku”nun ikinci mərhələsində “İqtisadçı” ilə cavab görüşünü keçirmək məqsədilə bu gün paytaxtımıza təşrif buyuracaq. Oyun sabah saat 16:00-da Bakı İdman Sarayında baş tutacaq. “İqtisadçı” mərhələ adlamaq üçün ilk oyundakı 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmalıdır.
Qeyd edək ki, “Qalatasaray”ın uduzduğu “Əczaçıbaşı” CEV kubokunun 1/8 finalında “Azərreyl”ə rəqib ola bilər.

- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0