“Uraloçka” da bizə rəqib oldu
25.02.2010 - 23:12
Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubunun UEFA Kubokunun “Dördlər finalı”ndakı sonuncu rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız həlledici mərhələdə Rusiya “Uraloçka”sı ilə də görüşməlidir. Yekaterinburq təmsilçisi 1/4 finalda Rumıniyanın “Voley 2004 Tomis” klubunu üstələyib - 3:1; 3:1.
Daha öncə “Srvena Zvezda” (Serbiya) və “Yamamay” (İtaliya) da “Rabitə”yə rəqib olmuşdu. “Dördlər finalı” martın 20-21-də keçiriləcək.
Yeri gəlmişkən, 1/4 finalda İstanbul “Əczaçıbaşı”sını məğlub etmiş “Rabitə” klubunun üzvləri bu gün Vətənə dönüblər. Tarixdə ilk dəfə “Dördlər finalı”na yüksəlmiş xanım voleybolçularımız hava limanında çoşqu ilə qarşılanıblar.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0