“Srvena Zvezda” Bakıya gəlir
03.03.2010 - 10:30
Qadınlar arasında Avropa Voleybol Konfederasiyasının (CEV) Kuboku uğrunda “Dördlər finalı” Bakıda keçiriləcək. Lent.az-ın CEV-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda qurum rəhbərliyi namizədliyini irəli sürən şəhərlərin sənədlərini araşdırdıqdan sonra qərar qəbul edib.
20-21 martda baş tutacaq “Dördlər finalı”nda Azərbaycanın “Rabitə”, İtaliyanın “Yamamay”, Rusiyanın “Uraloçka-NTMK” və Serbiyanın “Srvena Zvezda” klubları mübarizə aparacaq. Oyunların təqvimi hələlik məlum deyil.
Qeyd edək ki, 2002-ci ildə voleybol üzrə “Top Komandalar Kuboku”nun həlledici mərhələsi də Bakıda keçirilmişdi. Həmin vaxt kuboku ölkəmizi təmsil edən “Azərreyl” qazanmışdı.

- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0