Yığmamızın üzvləri mükafatlandırıldılar
25.03.2010 - 15:35
Bu gün Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin üzvləri Qırğızıstanda keçirilmiş “Novruz-2010” beynəlxalq turnirin qalibi olmuş milli komandamızın oyunçuları ilə görüşüblər. ABF-dən apasport.az saytına verilən məlumata görə, görüşdə federasiya prezidenti Nadir Nəsibov qələbə münasibətilə basketbolçuları təbrik edib. O bildirib ki, Qırğızıstanda qazanılan nailiyyət Avropa çempionatının seçmə mərhələsində yığmamızın uğurlu çıxışına zəmin yaradacaq.
Ardından ABF-in baş katibi Qəhrəman Məmmədyarov və baş məşqçi Elxan Əliyev fikirlərini bölüşüblər. Görüşün sonunda yığmanın üzvlərinə federasiyanın fəxri diplomları və mükafatlar verilib.
Ardından ABF-in baş katibi Qəhrəman Məmmədyarov və baş məşqçi Elxan Əliyev fikirlərini bölüşüblər. Görüşün sonunda yığmanın üzvlərinə federasiyanın fəxri diplomları və mükafatlar verilib.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0