Rəqibə birinci pilləni hədiyyə edərək, sonuncu olduq
31.05.2010 - 12:35
Həndbol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, II qrupda mübarizə aparan Azərbaycan yığma komandası son turda Macarıstan həndbolçuları ilə mübarizə aparıb.
Qrup mərhələsində əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də Rəfiqə Şabanovanın yetirmələri məğlubiyyətlə üzləşiblər. Bakıda 31:15 hesabı ilə qələbə qazanan macarlar evdə 35:26 (19:12) hesabı ilə qalib gəliblər.
Nəticədə rəqibimiz birinci yeri tutaraq növbəti mərhələyə yüksəlsə də, həndbolçularımız sonuncu pillədən qurtula bilməyiblər.
Qeyd edək ki, komandamız digər rəqiblər - isveçlilərə 11:31 və 18:27, çexiyalılara isə 19:26 və 25:37 hesabı ilə uduzublar.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0