Yığmamızın üzvü “Lokomotiv”də
07.06.2010 - 10:06
Voleybol üzrə Azərbaycan çempionatının gümüş mükafatçısı “Lokomotiv” heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi son mövsümdə klubun ikinci olmasında böyük pay sahibi olan Azərbaycan yığmasının üzvü Kseniya Kovalenko və Pekin Olimpiya Oyunlarında ABŞ millisi ilə gümüş medala sahib olan amerikalı Nikole Devislə 1 illik yeni müqavilə imzalamaq üzrədir. Müqavilənin bütün şərtləri razılaşdırılsa da, voleybolçuların rəsmi sənədə imza atmaları qalıb.
Qeyd edək ki, millimizin 23 yaşlı üzvu Kseniya Kovalenkoya İtaliya və Polşa klublarından ciddi təkliflər gəlsə də, o, seçimini A seriyasını 5-ci pillədə başa vuran “Urbino”nun xeyrinə etmişdi. Lakin voleybolçumuz sonda bu komanda ilə də müqavilə imzalamaqdan imtina edərək, vətəndə qalmağı üstün tutub.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0