Azərbaycan yığması mundial iştirakçısına uduzdu
04.08.2010 - 09:59
Avropa çempionatının B divizionunun seçmə mərhələsinə hazırlaşan basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, iyulun 26-da Türkiyəyə təlim-məşq toplanışına yollanan komandamız hazırlıq çərçivəsində Yeni Zelandiya basketbolçuları ilə qüvvəsini sınayıb.
Dünya çempionatının final mərhələsinə vəsiqə qazanan rəqib Elxan Əliyevin yetirmələrini az fərqlə məğlub edib. Belə ki, ilk fasiləyə həmyerlilərimiz 17:15 hesabı ilə irəlidə yollanıblar. İkinci – böyük fasilədə də komandamız hesabda geridə olmayıb – 35:35. Lakin oyunun növbəti dəqiqələrində təcrübə öz sözünü deyib. Daha dəqiq oynayan yeni zelandiyalılar 87:76 hesabı ilə qələbə qazanıblar.

- Bakıda voleybol məşqçiləri üçün beynəlxalq kurs keçirilir
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
0
0