Bakı klubu daha bir Türkiyə təmsilçisinə qarşı
09.10.2010 - 12:48
Voleybol üzrə Super Liqanın bürünc mükafatçısı “İqtisadçı”nın yoxlama görüşlərində növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son oyunda “Əczaçıbaşı”ya 3:0 hesabı ilə qalib gələn Rəşad Yazıçıoğullarının komandası bu gün “Nilufər Bələdiyyəspor” klubu ilə gücünü yoxlayacaq. “Errea Cup”da hər iki qarşılaşmada məğlub olan “İqtisadçı” bu oyunla Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıracaq və oktyabrın 10-da Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək paytaxt klubu Bosniya və Herseqovina “Kula”sı ilə ilk görüşünü oktyabrın 16-da, cavab oyununu isə 1 gün sonra keçirəcək.
Qeyd edək ki, Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək paytaxt klubu Bosniya və Herseqovina “Kula”sı ilə ilk görüşünü oktyabrın 16-da, cavab oyununu isə 1 gün sonra keçirəcək.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0