Çempionlar Liqasının finalı İstanbulda olacaq
15.01.2011 - 10:09
Qadın voleybolçular arasında Çempionlar Liqasının “dördlər finalı”nın keçiriləcəyi şəhərin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropanın ən mötəbər turnirinin həlledici oyunlarına ev sahibliyi etmək Türkiyənin İstanbul şəhərinə həvalə edilib.
Avropa Voleybol Konfederasiyası (CEV) bunun üçün “Fənərbaxça” klubunu pley-off mərhələsindən azad edib. Həlledici görüşlərdə oynayacaq “sarı bülbüllər” isə bu mərhələdə Rusiyanın “Zariçye Odintsova” komandası ilə əvəzlənib.
Qeyd edək ki, Çempionlar Liqasındakı təmsilçimiz “Rabitə” də “dördlər finalı”nın Bakıda keçirilməsi üçün CEV-ə müraciət etmişdi.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0