Çad Azərbaycan çempionu ilə görüşdə sürprizə inanır
03.02.2011 - 13:34
“Rabitə” hücumda çox güclüdür. Xüsusilə, Natalya Məmmədova və Sanya Staroviç qarşısıalınmazdır. Azərbaycan yığmasının üzvü dünya səviyyəli ulduz olsa da, Staroviç tezliklə Serbiyanın nə yaxşı hücumçusuna çevriləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” voleybol klubunun baş məşqçisi Miroslav Çad deyib.
Bu gün keçiriləcək Çempionlar Liqasının I pley-off mərhələsində Bakının “Rabitə” komandası ilə oyuna münasibət bildirən Çad inamlı danışıb: “Rəqibimizin heyəti çox güclüdür. Onların hücumçuları ilə bərabər, digər voleybolçuları da çox təcrübəlidir. Məsələn, Mira Qoluboviç və Nataşa Krsmanoviçin adını çəkmək kifayətdir. Toppaylayıcıları da çox güclüdür. İrina Jukovanın oyununa xüsusi diqqət yetirməliyik. Onların ikili bloklarını da yarmaq çətindir. “Rabitə” qrup mərhələsinin son oyunlarını əla keçirib. Biz bunu analiz etmişik. Onlar Bakıda məğlubedilməz olsalar da, səfərdə bir qədər zəif təsir bağışlayırlar. Bu da bizim şansımızdır. Çalışacağıq ki, ilk oyunda istənilən hesabla qələbə qazanaq. Bundan sonra Azərbaycanda uduzsaq da növbəti mərhələ üçün “Qızıl set”ə ümid edəcəyik. Mən bu sürprizə imza atacağımıza inanıram. Biz bu gün üzərimizə düşəcək missiyanı yerinə yetirəcəyik”.
Qeyd edək ki, “Modranska” – “Rabitə” matçı saat 21:10 start götürəcək.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0