Yenə Staroviç! - STATİSTİKA
10.02.2011 - 19:01
Çempionlar Liqasının I pley-off mərhələsinin cavab görüşündə “Rabitə” (Azərbaycan) - “Modranska” (Çexiya) matçının ən güclüsünün adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan qarşılaşmanın bombardiri komandamızın serbiyalı hücumçusu Sanya Staroviç sahib olub.
İlk görüşün də ən güclüsü olan voleybolçu rəqib komandanı 14 dəfə cəzalandırmağı bacarıb.
Dejan Brdjoviçin digər yetirmələrindən – Natalya Məmmədova 13, Nataşa Krsmanoviç və Kimberli Qlass hərəyə 11, Mira Qoluboviç 10 və İrina Jukova isə 3 dəqiq zərbə vurublar.
Rəqib “Modranska”nın heyətində isə Korina Suşke fərqlənib. 27 yaşlı almaniyalı voleybolçu “Rabitə”dən 13 xal almağı bacarıb.
Qeyd edək ki, Bakı komandası çexləri “Qızıl set”də məğlub edərək II pley-off mərhələsinə vəsiqə qazanıb.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0