“Makkabi”nin baş məşqçisi rəsmən Azərbaycan yığmasında! - FOTO
10.03.2011 - 12:52
Basketbol üzrə oğlanlardan ibarət yeni Azərbaycan yığması yaradılıb. Bu barədə apasport.az saytına Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmov verib.
Onun sözlərinə görə, ölkədə idmanın bu növünü inkişaf etdirmək üçün U-14 komandası fəaliyyətə başlayıb. Yığmaya ölkə birinciliyində “Makkabi” klubunu çalışdırmış Pavel Leksutov rəhbərlik edəcək.
Yeni yaradılan komanda isə ilk imtahanına sabah çıxacaq. Basketbolçularımız Gürcüstan yığması ilə qarşılaşacaq. Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq oyun saat 18:00-da start götürəcək. Pavel Leksutovun yetirmələri martın 12-də isə gürcülərlə növbəti görüşə saat 16:30-da çıxacaqlar.
Qeyd edək ki, Leksutovun baş məşqçi işlədiyi “Makkabi” U-14 liqasının son qalibidir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0