459 günlük seriyaya son qoyuldu
17.03.2011 - 10:32
“İqtisadçı” bu mövsüm Avrokubokda ilk məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup” turnirinin yarımfinalınadək 10 qələbə qazanan universitet komandasının uğurlu seriyasına digər Azərbaycan klubu – “Lokomotiv” son qoyub.
Super Liqanın arxada qalan hissəsində hər 2 qarşılaşmada rəqibinə uduzan Draqutin Baltiçin yetirmələri 1/2 final mərhələsinin ilk matçında “İqtisadçı”ya 3:0 hesabı ilə qalib gəlməklə, onların Avrokuboklarda 459 günlük məğlubiyyətsizlik seriyasını qırıb.
Maraqlıdır ki, sonuncu dəfə “Çelenc Cup” turnirinin 2009/2010 mövsümündə “Qalatasaray”a uduzan Azərbaycan çempionatının bürünc mükafatçısı “Çelenc Cup” turnirində üst-üstə cəmi 3 setdə məğlubiyyət acısı yaşamışdı. Komandamızdan 1 set Rumıniya “Stiinta”sı, 2 set isə Çexiya “Kralovo Pole”si almağı bacarmışdı.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0