Jan De Brandt: “Rabitə” əla şansa malikdir
19.03.2011 - 13:15
“Rabitə” finalda oynamaq üçün böyük şans qazanıb. Belə vəziyyətlərdə hər bir komandanın üzərinə böyük məsuliyyət düşür. Lakin həlledici görüşlərdə əsas üstünlük meydan rahat və sərbəst çıxmaqdır”. Bunu apasport.az saytına açıqlamasında “Fənərbaxça” voleybol klubunun sabiq baş məşqçisi Jan De Brandt deyib.
Hazırda Bakının “İqtisadçı” komandasını çalışdıran belçikalı mütəxəssis bu gün İstanbulda start götürəcək Çempionlar Liqasının “Dördlər finalı”na münasibət bildirib. Ötən mövsüm “Fənərbaxça” ilə analoji yarışın gümüş mükafatını qazanan Brandtın sözlərinə görə, qarşılaşmada əsas gərginlik Türkiyə klublarının üzərinə düşəcək: “Hər 1 komanda İstanbula çempion olmaq arzusu ilə gəlib. Bunun üçün əvvəlcədən hansısa proqnoz vermək bir qədər çətindir. Fikrimcə, “Rabitə” nəticə qazanmaq üçün bütün gücünü səfərbər etməlidir. Çünki onlar əla şansa malikdirlər. Bakı klubu “Skavolini”yə qalib gələrək növbəti mərhələyə yüksəlsə, finalda 2 türk komandası – “Fənərbaxça” və ya “Vakıfbank Günəş Sığorta”dan 1-i ilə qarşılaşacaq. Onlar da doğma divarlar arasında oynayırlar. Bunun üçün üzərilərinə bir qədər gərginlik düşəcək. Xüsusilə də, bu “Fənər”də hiss olunacaq. Ötən il finalda uduzan sabiq komandam bu dəfə uğursuzluğa son qoymağa çalışacaq”.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0