“Draqutin Baltiçin bizi yarı yolda qoyacağına inanmıram”
04.04.2011 - 17:32
“Mən bu gün Draqutin Baltiçlə bir yerdə olmuşam. Amma o, bu barədə mənə nəsə deməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Lokomotiv” klubunun meneceri Orxan Hüseynov deyib.
O, Draqutin Baltiçin Bolqarıstan yığmasına baş məşqçi təyin edilməsinə münasibət bildirib: “Baltiçin bizimlə müqaviləsi var. Azərbaycan çempionatının əsas mərhələsində qüvvəmizi sınayacağıq. Onun komandadan ayrıla biləcəyinə və bizi yarı yolda qoyacağına inanmıram. Bəlkə də rəhbərlikdən kiminləsə bu barədə məsləhətləşib. Amma hələlik rəsmi bir məlumat yoxdur. Yaxud da bolqarlarla danışıq apararaq, mövsüm bitdikdən sonraya razılaşıb. Çünki bizim onunla 2 ayımız qalıb. Yəqin bundan sonrakı karyerasını orada davam etdirməyə razılıq verib”
Qeyd edək ki, Bolqarıstan mətbuatı Voleybol Federasiyasına istinadən Baltiçin yığmaya məşqçi seçildiyini və yaxın günlərdə müqavilə imzalamağa gələcəyini bildirib.

- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0