Riika Lehtonen “İqtisadçı”dan ayrıla bilər
10.05.2011 - 12:54
“İqtisadçı”nın heyətində Azərbaycan Super Liqasının bürünc mükafatçısı olan Riika Lehtonen növbəti mövsümdə Bakı klubunun heyətində çıxış etməyə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Finlandiya mətbuatına voleybolçunun özü məlumat verib.
Onun sözlərinə görə, 1 illik bağlanan müqavilə başa çatıb və karyerasını harada davam etdirəcəyini hələ dəqiqləşdirməyib: “Azərbaycanda əla mövsüm keçirdik. Komandamız III yeri tutdu. Lakin növbəti mövsümlə bağlı hələ qəti qərar verməmişəm. Bakı klubunda qalıb-qalmayacağımla bağlı nəsə söyləmək tezdir. Fikrimcə, hər şeyə iyun və ya iyul ayında aydınlıq gələcək”.
Qeyd edək ki, Finlandiya milli komandasının kapitanı olan Lehtonen digər klublarımızda da peyda ola bilər.

- Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin düşərgəsində
- Bakıda voleybol məşqçiləri üçün beynəlxalq kurs keçirilir
- "Gəncə"də yeni müqavilə
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
0
0