Faiq Qarayev U-16 millimizin üzvləri ilə görüşüb
17.11.2026 - 15:36
Faiq Qarayev U-16 millimizin üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev U-16 yığmamızın üzvləri ilə görüşüb.

Apasport.az xəbər verir ki, görüş Avropa çempionatının I təsnifat mərhələsində – EEVZA turnirində iştirak edəcək qızlardan ibarət komandamızla keçirilib.

Faiq Qarayev beynəlxalq yarışların gənc idmançılar üçün böyük təcrübə qazandırdığını vurğulayıb. O, voleybolçulara özlərinə inanmağı, hədəflərinə çatmaq üçün daha əzmlə çalışmağı tövsiyə edib və komandaya uğurlar arzulayıb.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.