Vaqif Cavadov “Volqa”ya qarşı çıxış etdi
04.08.2011 - 09:07
Vaqif Cavadov “Volqa”ya qarşı çıxış etdi
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Rusiyanın “Volqa” klubunun heyətində meydana çıxıb. Apasport.az saytının məlumatına görə, yenə yoxlama oyununda iştirak edən 22 yaşlı hücumçumuz Nijni-Novqorod təmsilçisinin əvəzedici heyəti ilə görüşdə iştirak edib. “Volqa”nın baş məşqçisi Andrey Çerışev yalnız bu aydan rəsmi oyunlarda xidmətindən istifadə edə biləcəyi yeni transferlərə, o cümlədən Vaqifə şans verib. Komandasının 3:1 hesabı ilə qalib gəldiyi oyunda Cavadov qol vurmayıb.

Qeyd edək ki, Vaqifin “Volqa”da rəsmi debütü Premyer Liqanın növbəti turunda avqustun 6-da “Rostov”la ev oyununda gözlənilir.