“Azərreyl”in rəqibindən uğursuz start
21.09.2011 - 10:16
“Azərreyl” voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsində rəqibi olan “Vakıfbank Türk Telekom” klubu hazırlığa start verib. Apasport.az saytının məlumatına görə, Türkiyə komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.
Lakin “Yeşilyurt” klubu ilə matç Çempionlar Liqasının son qalibi üçün uğursuz alınıb. Tam heyətlə oynamayan “Vakıfbank Türk Telekom” Super Liqanın debütantına 2:3 (22:25, 23:25, 25:16, 25:21, 13:15) hesabı ilə uduzub.
Qeyd edək ki, “Vakıfbank Türk Telekom” həmçinin, Azərbaycan çempionu “Rabitə”nin də qatılacağı klublararası dünya çempionatında qüvvəsini sınayacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0