Adnan Kistak “Azərreyl” üçün yol açdı
23.09.2011 - 10:58
“Azərreyl” voleybol klubunun Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Vakıfbank Türk Telekom” növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi yerli “Beşiktaş”la qarşılaşıb.
2009/2010 mövsümündə “dəmiryolçuları” çalışdırmış və hazırda “qara qartalların” sükanı arxasında olan Adnan Kistakın yetirmələri Çempionlar Liqasının son qalibini məğlub etməkdə çətinlik çəkməyiblər. Onlar klublararası dünya çempionatında “Rabitə”nin də potensial rəqibi olan “Vakıfbank Türk Telekom”a 3:1 (15:25, 25:16, 25:17, 25:23) hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, hazırda aparıcı voleybolçuları milli komandaların düşərgəsində olan “Vakıfbank Türk Telekom” “Beşiktaş”dan öncə “Yeşilyurt”a da uduzmuşdu.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0