Sanya Popoviç: Hesab bərabərləşdikdən sonra vəziyyət dəyişdi
26.09.2011 - 01:19
“İlk 2 setdən sonra mərhələ keçəcəyimizə əmin idim. Çünki hesab bərabərləşdiyindən əlavə 1 hissədə də qələbə qazanacağımıza inanırdım”. Apasport.az saytının məlumatına görə, bunu Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasına uduzan Xorvatiya yığmasının voleybolçusu Sanya Popoviç deyib.
Faiq Qarayevin yetirmələrinin qələbəsindən sonra pley-offa yüksələ bilməyən Xorvatiya millisinin üzvü deyib ki, axıra kimi oynamağa gücləri çatmayıb: “Hesab 1:1 olduqdan sonra vəziyyət dəyişdi. Biz isə çempionata yaxşı hazırlaşmadığımızdan fiziki və psixoloji problemlər özünü göstərdi”.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya matçı 3:1 hesabı ilə yekunlaşıb.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0