Millimiz ciddi sanksiya ilə üz-üzə!
26.09.2011 - 12:01
Həndbolçu kişilərdən ibarət Azərbaycan millisinin “Çelenc Cup”da çıxışı hələ də dəqiqləşməyib. Apasport.az saytının məlumatına görə, komandamız noyabrın 3-də Maltada start götürəcək yarışa yollanmayacağı halda, ciddi sanksiyalara məruz qalacaq.
Belə ki, ildə bir dəfə baş tutan “Çelenc Cup”da iştirak məcburidir. Əgər həndbolçularımız maliyyə problemi səbəbindən səfərə yollanmazlarsa, Azərbaycan Həndbol Federasiyasını 15-25 min avro arasında cərimə gözləyir. Bu azmış kimi, yığmamız 2 il beynəlxalq yarışlardan kənarlaşdırılacaq.
Qeyd edək ki, millimizin baş məşqçisi Hikmət Abdullayev apasport.az saytına açıqlamasında komandamızın səfərə yollanmasında maliyyə probleminin yarandığını bildirmişdi.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0