Yığmamız Maltaya qalib gəldi
05.11.2011 - 10:41
Kişi həndbolçular arasında Maltada “Çelenc Cup” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası (U-23) ilk matçını qələbə ilə başa vurub.
Belə ki, I turda Hikmət Abdullayevin çalışdırdığı yığma ev sahibləri ilə qarşılaşıb. İlk hissəni 14:7 hesabı ilə aktivinə yazan həndbolçularımız yekunda Malta millisini 29:23 hesabı ilə məğlub edib. Komandamızın heyətində Emin Aydəmirov görüşün bombardir olub. Onun 7 zərbəsi dəqiq alınıb.
Qrupumuzda baş tutan digər matçda Moldova Şotlandiyaya 47:20 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamız bu gün Şotlandiya, sabah isə Moldova milliləri ilə görüşəcək.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0