Bakı klubu üçün xüsusi dəvət
09.11.2011 - 17:14
İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında beynəlxalq turnir keçiriləcək. Apasport.az məlumatına görə, dekabrın 27-29-da baş tutacaq ənənəvi yarışa Azərbaycan çempionu “Rabitə” də dəvət alıb.
Lakin Bakı klubunun Bazelə yollanacağına hələ tam aydınlıq gəlməyib. Onların “Top Volley İnternational”da iştirak edib-etməyəcəyinə Azərbaycan Super Liqasının təqvimi açıqlandıqdan sonra aydınlıq gələcək.
Turnirdə ümumilikdə 6 klub mübarizə aparacaq. “Top Volley İnternational”da İsveçrənin “Volero”, Braziliyanın “Unilever”, Fransanın “Kann” və Rusiyanın “Severstal” komandalarının iştirakı təsdiqlənib. 6-cı klubun adına isə bugünlərdə dəqiqləşəcək.
Qeyd edək ki, yarışın 2 qrupda keçirilməsi planlaşdırılır.

0
0