Super Liqa üçün 13 hakim
23.11.2011 - 12:27
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2011/2012 mövsümündə oyunları idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, onlar noyabrın 26-da start götürəcək çempionatla bağlı təşkil edilən Hakimlər Kollegiyasının iclasında müəyyənləşib.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Hakimlər Kollegiyasının sədri Vaqif Əliyevin idarə etdiyi iclasda ilk olaraq, oktyabrda keçirilən ədalət təmsilçilərinin respublika seminarı barəsində danışılıb. Bundan sonra ölkə çempionatını idarə edəcək hakimləri təyin etmək üçün test imtahanlarının nəticələri açıqlanıb və Super Liqada I və II referilər müəyyənləşib.
Beləliklə, 7 klubunun mübarizə aparacağı yarışda oyunlar Eldar Züfüqarov, Selin Konstantin, Vüqar Cəfərov (hər üçü beynəlxalq dərəcəli hakim), Səbuhi Əliyev, Ceyhun İsmayılov, Murad Abdurahmanzadə, Zaur Hacıyev, Rüstəm Cəfərov, Fuad Əliyev, Fuad Ağayev, Dilqəm Qəhrəmanov, İftixar Abdullayev və Ruhinq Xəlilova həvalə ediləcək.

0
0