Mərkəzi oyun təcrübəli hakimlərə tapşırıldı
23.11.2011 - 13:18
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının I turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 26-da start götürəcək yarışda hər 3 beynəlxalq dərəcəli ədalət təmsilçimiz - Vüqar Cəfərov, Selin Konstantin və Eldar Zülfüqarov iş başında olacaq.
Onlardan ikisi turun mərkəzi oyunu - “Lokomotiv” - “Bakı” matçına təyinat alıb. Digəri isə köməkçi referi funksiyasını yerinə yetirəcək.
26 noyabr
14:00. “Rabitə” - “Lokomotiv Biləcəri”
I hakim: Zaur Hacıyev
II hakim: Ceyhun İsmayılov
16:00. “İqtisadçı” - “Azəryolservis”
I hakim: Murad Abdurahmanzadə
II hakim: Vüqar Cəfərov
18:00. “Lokomotiv” - “Bakı”
I hakim: Selin Konstantin
II hakim: Eldar Zülfüqarov
Qeyd edək ki, hər 3 oyun Bakı İdman Sarayında keçiriləcək.
Onlardan ikisi turun mərkəzi oyunu - “Lokomotiv” - “Bakı” matçına təyinat alıb. Digəri isə köməkçi referi funksiyasını yerinə yetirəcək.
26 noyabr
14:00. “Rabitə” - “Lokomotiv Biləcəri”
I hakim: Zaur Hacıyev
II hakim: Ceyhun İsmayılov
16:00. “İqtisadçı” - “Azəryolservis”
I hakim: Murad Abdurahmanzadə
II hakim: Vüqar Cəfərov
18:00. “Lokomotiv” - “Bakı”
I hakim: Selin Konstantin
II hakim: Eldar Zülfüqarov
Qeyd edək ki, hər 3 oyun Bakı İdman Sarayında keçiriləcək.
0
0