Ölkə çempionatının püşkü atıldı - TƏQVİM
23.11.2011 - 15:59
Ölkə çempionatının püşkü atıldı - TƏQVİM
Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Basketbol Federasiyasında baş tutan tədbirdə ilk turda qarşılaşacaq cütlüklər müəyyənləşib.

Belə ki, yarış son çempion Naxçıvanın “Araz” klubunun “Bakı Dövlət Universiteti” (BDU) komandasının dueli ilə start götürəcək. Daha sonra gümüş mükafatçı “Qala” debütant “Naxçıvan Türk Liseyi”nin (NTL-Tudor) gücünü yoxlayacaq. Son matçda isə digər debütantlar “Çağ öyrətim”lə AZTOP münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, çempionatın I dövrənin oyunları noyabrın 26-dan dekabrın 24-nə kimi Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək. Yarış 2 dövrədən ibarət olacaq.

XIX Azərbaycan çempionatının təqvimi

I dövrə

26 noyabr – şənbə
12:00 “Araz” – BDU
13:30 Rəsmi açılış mərasimi
14:00 “Qala” BK - NTL-Tudor
15.30 Çağ öyrətim - AZTOP

3 dekabr – şənbə
12:00 NTL-Tudor – BDU
13:30 “Araz” – AZTOP
15:00 “Qala” BK Çağ öyrətim

10 dekabr – şənbə
12:00 AZTOP – BDU
13:30 “Araz” – “Qala” BK
15:00 NTL-Tudor Çağ öyrətim

17 dekabr – şənbə
12:00 AZTOP – “Qala” BK
13:30 NTL-Tudor – “Araz”
15:00 Çağ öyrətim BDU

24 dekabr – şənbə
12:00 “Qala” BK – BDU
13:30 NTL-Tudor – AZTOP
15:00 Çağ öyrətim “Araz”
0