Yığmamızın üzvü İran klubuna keçdi
24.11.2011 - 14:23
Yığmamızın üzvü İran klubuna keçdi
Azərbaycan milli komandasının həndbolçusu Oleq Giorgevski karyerasını İranda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, son 2 mövsümdə Rusiya “Perm”ində oynayan təmsilçimiz qonşu ölkənin Sazevar şəhərini təmsil edən “Peykan Sazevar” klubuna transfer olunub. 28 yaşlı həndbolçu bu klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Oleqin qardaşı Sergey “Trabzonspor”un şərəfini qoruyur.
0