6 qat Azərbaycan çempionu debütantla müqavilə imzaladı
25.11.2011 - 00:02
Bakının “Lokomotiv Biləcəri” klubu növbəti transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Super Liqada debüt edəcək komanda bir gündə 6 voleybolçu ilə müqavilə imzalayıb.
Bunlardan dördü - Ayşən Abduləzimova (“Şirvan”), Anita Bredis, Aytac Zeynalova, İrina Xəlilova gənclərdən ibarət Azərbaycan millisinin üzvüdür. Onlarla yanaşı, 1 illik fasilədən sonra Fəridə Rəsulova da böyük voleybola qayıdıb.
Yenicə ailə quran 6 qat Azərbaycan çempionu bu dəfə debütanta kömək etməli olacaq. Sonuncu transfer isə legionerdir. Əslən Ukraynadan olan və bu ölkənin “Ximik”, “Kruq” klublarının şərəfini qorumuş Anna Kudakovadır.
Qeyd edək ki, “Lokomotiv Biləcəri” bu voleybolçulardan öncə Anna Popova (Rusiya), Viktoriya Dedkova (Ukrayna) və Natalya Lukoşkina (Moldova) ilə müqavilə imzalamışdı.

- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
0
0