Elxan Əliyev: Yaxşı olar ki, bircə Belarus yığması bizimlə düşməsin
25.11.2011 - 12:07
Basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyev dekabrın 4-də keçiriləcək Avropa çempionatının püşkatmasına münasibət bildirib. Təcrübəli mütəxəssis apasport.az saytına açıqlamasında qarşılaşmaq istədikləri yığmaların adlarını açıqlayıb.
Əliyevin sözlərinə görə, 4-cü səbətdə yer alan yetirmələri üçün 1-ci səbətdə qərarlaşan Serbiya, Türkiyə, Almaniya, Finlandiya, Gürcüstan və Xorvatiyadan daha münasibi Finlandiyadır: “Bilirsiniz, bu səbətdə birbaşa finalda oynamaq hüququ qazanan yığmalar istisna olmaqla, Avropanın nəhəngləri yer alıb. Düzdür, püşk kordur. Amma mənim istəyimlə olsa, Finlandiya basketbolçuları ilə qarşılaşmaq yaxşı olardı”.
O, 2-ci səbətdən (Bolqarıstan, Ukrayna, Bosniya və Herseqovina, İsrail, İtaliya, Polşa) Bolqarıstanı, 3-cü səbətdən (Çernoqoriya, Latviya, Belçika, Portuqaliya, Macarıstan, İsveç) isə Portuqaliyanı ideal variant sayır: “Portuqaliyanı ona görə deyirəm ki, biz Türkiyədə təlim-məşq toplanışında olan zaman onlarla yoxlama görüşü keçirmişik. 3 periodda bərabər səviyyəli oyun getdi, lakin sonda uduzduq. Buna baxmayaraq, artıq onların gücünə də bələdik”.
Əliyev bildirib ki, 5-ci səbətdən hansı yığmanın düşməsi fərq etməyəcək: “Burada Belarus, Lüksemburq, Slovakiya, Rumıniya, Albaniya və Kipr yığmaları yer alıb. Onların hamısı eyni gücdədir. Bizim üçün elə bir fərqi yoxdur. Lakin yaxşı olar ki, bircə Belarus yığması millimizlə düşməsin”.
Qeyd edək ki, Avro-2013-ün püşkatması mərasimi Almaniyanın Frayzing şəhərində keçiriləcək.

0
0