Çempion “tələbələr”ə, vitse-çempion “şagirdlər”ə qarşı
25.11.2011 - 16:25
Çempion “tələbələr”ə, vitse-çempion “şagirdlər”ə qarşı
Sabah kişi basketbolçular arasında sayca XIX Azərbaycan çempionatı başlayacaq. Apasport.az saytının məlumatına görə, 6 komandanın qatılacağı yarışa “Araz” – “Bakı Dövlət Universiteti” (BDU) qarşılaşması ilə start veriləcək.

Son çempion olan Naxçıvan təmsilçilərinin asan qələbə qazanacaqlarını proqnozlaşdırmaq olar. Çünki əsasən təcrübəlilərdən təşkil olunan “Araz”ın “tələbələr”lə mübarizədə çətinlik çəkəcəkləri inandırıcı deyil.

Növbəti matç da gərgin mübarizə vəd etmir. Çünki “Naxçıvan Türk Liseyi”nin (NTL-Tudor) komandası ilə qarşılaşacaq “Qala”nın debütanta uduzacağı gözlənilmir. Azərbaycanın əsas və gənclərdən ibarət yığmalarının əsasını təşkil edən çempionatın gümüş mükafatçısı “Araz”dan fərqli, “şagirdlər”lə oynayacaq.

I tura “Çağ öyrətim” – AZTOP matçı ilə yekun vurulacaq. Debütantların oyununda AZTOP güclü sayılır. Lakin hər 2 klub həvəskarlardan qurulduğundan “Çağ öyrətim” də qalib gələ bilər.


26 noyabr

12:00 “Araz” – BDU
14:00 “Qala” BK - NTL-Tudor
15.30 Çağ öyrətim – AZTOP

Qeyd edək ki, oyunlar Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.
0