Azərbaycanlı idmançı Azərbaycan yığmasına transfer olunur
05.12.2011 - 15:56
Azərbaycanlı idmançı Azərbaycan yığmasına transfer olunur
Azərbaycan basketbol məktəbinin yetirməsi, hazırda Türkiyə çempionatında oynayan Orxan Aydın Hacıyeva yığmamızda oynayacaq. Bu barədə məlumatı apasport.az saytına milli komandamızın baş məşqçisi Elxan Əliyev verib.

Onun sözlərinə görə, uzun müddətdir danışıq apardıqları basketbolçunun yığmamıza gəlməsində problem yaranmamalıdır: “Orxan Avro-2013-ün püşkatmanı gözləyirdi ki, bu mərasim də oldu. Hacıyeva artıq millimizə gəlməyə söz verib. Fikrimcə, çempionatda onun Azərbaycan yığmasında çıxış etməsində heç bir çətinlik olmayacaq. Orxanın gəlişi isə komandamızın gücünə-güc qatacaq”.

Əliyev bildirib ki, Hacıyeva yeni mövsümdən yeni komandada oynadığından hər görüşdə start heyətində yer alır: “O, ötən mövsüm elə də meydana çıxmırdı. Lakin bu il “Aliağa Petkim”lə müqavilə imzalayıb və hər oyunda komandasına kömək edir, 15-20 xal qazandırır. Bu da təcrübə baxımından çox faydalıdr”.

Qeyd edək ki, yığmamız Hacıyevanı B divizionunda çıxış edərkən düşərgəyə çağırsa da, komandamıza gəlməkdən imtina etmişdi.