“İqtisadçı”nın taleyi bolqara tapşırıldı
06.12.2011 - 12:02
“İqtisadçı”nın taleyi bolqara tapşırıldı
Avropa Voleybol Konfederasiyası (CEV) CEV kubokunun 1/16 final mərhələsinin 1/16 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakının “İqtisadçı” klubunun Buxarest “Dinamo-Romprest”i ilə səfər görüşündə ədaləti qorumaq Kiril Stoyanova (Bolqarıstan) tapşırılıb.

Köməkçi hakim funksiyasını isə polşalı Sek Jacek edəcək.

Qeyd edək ki, “Dinamo-Romprest” – “İqtisadçı” matçı dekabrın 7-də olacaq. İlk matçda isə həmyerlilərimiz 3:0 hesabı ilə qələbə qazanıblar.