Ancelo Vercesi: Onlar növbəti oyunlarda tam fərqli olacaqlar
13.12.2011 - 17:24
“Bu oyun mənim çox xoşuma gəldi. Çünki qalib gəldik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi deyib.
Braziliyalı mütəxəssis Azərbaycan Super Liqasında “Lokomotiv Biləcəri”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan razı qalıb. “Bakı”nın “sükanı arxası”na keçdikdən sonra ardıcıl 8-ci qələbəsini (4-ü Super Liqada, digər 4-ü “Çelenc Cup”da) qazanan Vercesi bildirib ki, hədəflərinə doğru inamla irəliləyirlər: “Biz bu qələbəyə layiq idik. Oyunçularımı təbrik etmək istəyirəm. Onlar çox yaxşı oynadılar. Düzdür, onların bəziləri öz ölkələrinin yığmalarında iştirak etdiklərindən birgə hazırlığa vaxtları azdır. Lakin yavaş-yavaş komanda kimi inkişaf edirik”.
Onun sözlərinə görə, Super Liqada cavab görüşləri daha fərqli olacaq: “Bu qələbələr bizi arxayınlaşdırmamalıdır. Çünki indiyə kimi oynadığımız klublarla növbəti oyunlarımız tam fərqli olacaq. Biz konsentrasiyamızı itirməməliyik. Fikrimcə, bu heç də asan olmayacaq”.

0
0