“Azərreyl” Çempionlar Liqasının qalibini də susdurdu - YENİLƏNİB
14.12.2011 - 19:30
“Azərreyl” Çempionlar Liqasının qalibini də susdurdu - YENİLƏNİB
Bu gün voleybolçu qadınlar arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının xəbərinə görə, “Azərreyl” III tur çərçivəsində turnirin son qalibi olan Türkiyə təmsilçisi “Vakıfbank TTelekom”la qarşılaşıb.

İlk 2 turda qələbə qazandığından, hər 2 komandanın duelində qalibin həlledici setdə müəyyənləşəcəyi proqnozlaşdırılsa da, Faiq Qarayevin yetirmələri asan qələbəyə seviniblər.

Belə ki, ilk setin texniki fasilələrini irəlidə bitirən (8:4, 16:13) voleybolçularımız yekunda 25:23 hesabı ilə rəqiblərini məğlub ediblər. Ardınca “Vakıfbank TTelekom” matçda dönüş yaratmağa yaxın olub. Onlar 2-ci hissənin II texniki fasiləsinə də 4 top (16:12) öndə yollanıblar. Lakin təcrübəli Qarayevin görüşdə etdiyi taktiki gedişlər türklərin arzularını reallaşdırmasına imkan verməyib.

Bundan sonra “Sərhədçi” Olimpiya Mərkəzinə toplaşan azarkeşlərinin alqış sədalarından daha ruhlanan “Azərreyl” 3-cü seti də aktivinə yazıb. Bu hissədə gözəl oyun nümayiş etdirən komandamız hissənin sonlarında 5 xal (23:18) irəlidə olub. Lakin bu hesab voleybolçularımızın arxayınlaşması ilə nəticələnib və onların etdikləri səhvlər türklərin hesabı bərabərləşdirməsi ilə yekunlaşıb – 24:24.

Oyunun uzanması isə “Azərreyl”ə sərf etmədiyindən, Qarayevin yetirmələri sonda özlərinə gəliblər və 26:24 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, Çempionlar Liqasının I dövrəsində hər 3 rəqibinə qalib gələn Bakı klubu vahid liderliyə yüksəlib.

14 dekabr

“AZƏRREYL” (AZƏRBAYCAN) – “VAKIFBANK TTELEKOM” (TÜRKİYƏ) - 3:0 (25:23, 25:21, 26:24 )
Hakimlər: Qad Eizikovits (İsrail), Bolislav Pobornikov (Bolqarıstan)
“Sərhədçi” Olimpiya Mərkəzi

Azərreyl 3 3 09-1 248-174 9
Vakıfbank TTelekom3 216-3 240-216 6
Tomis3123-8215-2542
Foppapedretti3033-9236-2731