“Xəzər Lənkəran”ın ulduzu “Lokomotiv”ə keçdi
14.12.2011 - 10:47
“Xəzər Lənkəran”ın ulduzu “Lokomotiv”ə keçdi
Azərbaycanda “Xəzər Lənkəran” və “Bakı” klublarının şərəfini qorumuş Junior Osvaldo Martins özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı braziliyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. Juninyo kimi tanınan futbolçu San Paulu ştatının çempionatında çıxış edən “AFE Ferrinha Locomotiva” klubuna keçib. “Dəmiryolçuların” şərəfini qoruyacaq Juninyo 2007-10-cu illərdə “Xəzər Lənkəran”, 2010/11 mövsümündə “Bakı”nın formasını geyib. Əyalət təmsilçisində oynadığı vaxt 2007/08 mövsümündə Azərbaycan kubokunun qalibi olan futbolçu “İnter”lə final oyununun taleyini əlavə vaxtda etdiyi dublla təkbaşına həll etmişdi – 2:0.