“Burda bütün klubların hədəfi çempionluqdur”
15.12.2011 - 10:30
“Bakı” voleybol klubunun braziliyalı baş məşqçisi Ancelo Vercesinin apasport.az saytına müsahibəsi
- Son mövsümün autsayderi olan “Bakı” sizin gəlişinizdən sonra tam fərqli oyun nümayiş etdirir. Komanda son 8 rəsmi matçda (4-ü “Çelenc Cup”, 4-ü Super Liqa) məğlubiyyət acısı yaşamayıb. Bunu nə ilə əlaqələndirərdiniz: qarşılaşdığınız rəqiblər zəifdir, yoxsa siz güclüsünüz?
- Sözün düzü, voleybolçularımızın bəziləri öz ölkələrinin yığmalarında iştirak etdiklərindən birgə hazırlığa vaxtları azdır. Hələ bu müddətdə bir yerdə çalışsaydıq, daha güclü olardıq. Lakin yavaş-yavaş komanda kimi inkişaf edirik. Bu qələbələr bizi arxayınlaşdırmamalıdır. Çünki indiyədək oynadığımız klublarla növbəti matçlarımız tam fərqli olacaq. Mən heç kimi zəif adlandıra bilmərəm. Yəni Super Liqada “Lokomotiv” və “İqtisadçı”ya asan qalib gəlsək də, konsentrasiyamızı itirməməliyik. Bu komandalar hazırda inkişafdadırlar. Fikrimcə, cavab matçları heç də asan olmayacaq. Hər bir oyun bizim üçün çox çətindir.
- Onu da nəzərə almaq lazımdır ki, “Bakı”nı növbəti turlarda “Azərreyl” və “Rabitə” ilə çətin sınaq gözləyir. Bu oyunlarda da uğurlu seriyanı davam etdirə biləcəksizmi?
- Bu klublar çox böyük və güclü komandalardır. Çempionlar Liqasının iştirakçılarıdır və bizimlə görüşlərin favoriti sayılırlar. Ancaq biz qalib gəlməyə çalışacağıq. Mənim komandam bu duellərdə bərabər səviyyədə oynamaq üçün tam hazırdır. Biz onlara hörmətlə yanaşırıq. Hazırda Azərbaycan klubları çox güclənib. Bir daha bildirim ki, qalib gəldiyimiz klubları da zəif saymaq düzgün deyil.
- “Bakı” Super Liqası ilə yanaşı, “Çelenc Cup”da da sona kimi mübarizə aparmaq niyyətindədir. Artıq 1/16 finaldasız və Kiprin “Apollon” klubu ilə qarşılaşacaqsınız. Rəqibinizin gücünü necə dəyərləndirərdiniz?
- Bu komandanı kifayət qədər güclü hesab etmək olar. Çünki ilk 2 təsnifat mərhələsi ilə müqayisədə, artıq rəqiblərimiz səviyyə və təcrübəsinə görə yüksəkdədirlər. Amma biz də burada qalib gəlmək üçün oynayırıq. Bunun üçün də “Apollon”a hörmətlə yanaşırıq və onlarla matçda mərhələ adlamaq üçün mübarizə aparacağıq.
- Bəlkə, Kipr klubunun CEV kubokunda uduzaraq, “Çelenc Cup”a “düşməsi” sizi ehtiyatlı danışmağa vadar edir? Çünki onlar səviyyəsinə görə daha nüfuzlu yarışdakı uğursuzluğu burada sığortalamağa can atacaqlar.
- Mən belə deməzdim. Əslində, hər bir kuboku qazanmaq kifayət qədər çətindir. Çünki burada da kifayət qədər güclü klublar var. Bunun üçün də mübarizə gərgin gedəcək. Bir çox aparıcı voleybol ölkələrinin də burda təmsilçiləri ən yüksək ad uğurda marafonu davam etdirir.
- Bəs bu yarışda əsas rəqib kimi hansı klubu görürsünüz?
- Mən burada yalnız Super Liqada bizlə yarışan “Lokomotiv” komandasını ən çətin rəqib sayıram. Onlar inkişafdadırlar və istənilən kluba qarşı layiqli çıxış edə bilərlər. Çünki “Azərreyl” də son qalibi olduqları “Çelenc Cup”ın finalında məhz onları məğlub edib.
- Yeri gəlmişkən, siz ötən mövsüm Xorvatiyanın “ZOK Split” klubunun baş məşqçisi olmusuz. Onlar isə “Çelenc Cup”ın 1/16 final mərhələsində “Lokomotiv”in rəqibidir. Bu görüşlərdən kimin qalib çıxması ilə bağlı hansı proqnozunuzu verə bilərsiniz?
- Deyə bilərəm ki, sabiq komandam ötən illə müqayisədə çox güclənib. Onlar çox təcrübəli və gənc voleybolçulara malikdirlər. Amerikadan 2 və ya 3 legioner də cəlb ediblər. Fikirləşirəm ki, “Lokomotiv” ehtiyatlı oynamalıdır. Əgər Bakı klubu konsentrasiyanı itirsə, oyunu əldən verə bilər. Xorvatlar həmişə mənəvi cəhətdən üstündürlər. Amma yenə də cütün favoriti “Lokomotiv”i sayıram. Draqutin Baltiçin yetirmələri hər 2 matçda belə qalib gələ bilərlər.
- Azərbaycanın 5 komandası avrokuboklarda iştirak edir. Bunlar ölkəmizə Avropa Voleybol Konfederasiyasının hər 3 kubokunu (“Çelenc Cup”, CEV kuboku və Çempionlar Liqası) qazandıra bilərlərmi?
- Mən də ölkənizin klubunu təmsil edirəm. Hamımızın məqsədi yalnız budur. Azərbaycanda bütün klubların hədəfi çempionluqdur. Məncə, “Rabitə”, “Azərreyl”, “İqtisadçı”, “Lokomotiv” və “Bakı” Avropada rəqiblərini bir-bir sıradan çıxara bilər. Bunun məntiqi sonluğu isə çempionluqdur. İnşallah, bu mövsümün sonunda dəqiqləşəcək. Azərbaycanda işləmək çox yaxşıdır. Mən arzu edirəm ki, bütün komandalar uğurlu nəticələr əldə etsinlər. Yəni bizim və voleybolçuların əməyi boşa çıxmasın. Mövsümü lazımı uğurlarla başa vuraq.
- Siz İtaliya, Braziliya və Xorvatiya klublarında çalışmısınız. Ən güclülərdən sayılan A seriyasında “Skavolini” ilə bir neçə dəfə bütün rəqiblərinizdən güclü olmusunuz. Bu ölkələrlə Azərbaycan Super Liqası və komandaları müqayisə etmək olarmı?
- Hazırda Azərbaycan klubları addım-adım irəliləyir və çox güclənir. Mənim burada əsasən, “Azərreyl” və “Lokomotiv” komandaları çox xoşuma gəlir. Onlar gənc voleybolçulara daha çox şans verirlər. Təcrübəlilərin yanında isə bu perspektivli voleybolçular da komandaya faydalı olurlar. Digər klublar da güclənib. Mən düşünürəm ki, bu templə Azərbaycan voleybolu daha da irəli gedəcək. Artıq bu, yüksək səviyyədə hiss olunur.
- Dediklərinizdən belə çıxır ki, Super Liqanın daha da yüksək səviyyədə olması, məsələn, A seriyasına çatması üçün zamana ehtiyac var...
- Təbii ki, Braziliya və İtaliya çempionatlarında daha çox vaxt var. Bununla yanaşı, onlarda təşkilatı məsələlər də yaxşı səviyyədədir. Lakin Azərbaycan Super Liqası da belə davam edərsə, onlara çatacaq. Məncə, tezliklə inkişaf sürətimizi artırıb, onlarla səviyyəni bərabərləşdirəcəyik. Bu yüksəlişi isə əla qiymətləndirirəm.
- Müəyyən müddətdir ölkəmizdəsiniz. Bakı yaşadığınız Pesaro, Split və Avropanın digər şəhərləri ilə fərqlənirmi?
- Paytaxtınız günü-gündən çox gözəlləşir. Burada yeni binalar zövqümü oxşayır. Sizin qonaqpərvərliyiniz də adamı valeh edir. Bakıda çoxlu dostlar qazanmışam. Bir sözlə, Bakıda özümü çox xoşbəxt sayıram və ölkənizdə karyeramı davam etdirmək mənim üçün böyük sürpriz oldu. Çünki mən Braziliya, İtaliya və Xorvatiyada yaşamışam. Bakıda olduğum 5 il öncə ilə müqayisədə şəhər çox dəyişilib, gözəlləşib.

0
0