Son dünya çempionlarının dueli və ya qələbə seriyasını davam etdirmək üçün
14.12.2011 - 21:00
Son dünya çempionlarının dueli və ya qələbə seriyasını davam etdirmək üçün
Sabah Bakının “Rabitə” voleybol klubu Çempionlar Liqasında ən vacib oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, III tur çərçivəsində Zoran Qayiçin yetirmələri “Fənərbaxça”nın qonağı olacaqlar.

İlk 2 oyundan sonra yalnız top fərqinə görə türkləri qabaqlayan voleybolçularımız səfərə yalnız qələbə ardınca yollanıblar. Çünki “Rabitə” “sarı-lacivərdlilər”in “hər 2 matçda qalib gəlmək istəyirik” arzusunun birinin üstündən məhz İstanbulda xətt çəkməyi hədəfləyib.

Düzdür, bu mövsüm istər ölkədaxili, istərsə də beynəlxalq matçlarda nə “Rabitə”, nə “Fənərbaxça” məğlubiyyət acısı yaşamayıb. Ancaq İstanbulda baş tutacaq son dünya çempionlarının duelində bu gerçəkləşəcək. Kapitanımız Natalya Məmmədovanın bu oyunda tam gücü ilə oynaması və mövsümün startında rəqibin voleybolçusu Nataşa Osmokroviçin təmsilçimizin heyətinə cəlb edilməsi xeyrimizə olan amildir.

III tur

21:30. “RABİTƏ” (AZƏRBAYCAN) – “FƏNƏRBAXÇA” (TÜRKİYƏ)
Hakimlər: Marek Lagierski (Polşa), Georgios Karampetsos (Yunanıstan)
İstanbul, Burhan Fələk Voleybol Salonu

Rabitə2206-0150-1116
Fənərbaxça2206-0150-1136
Dresdner2020-6118-1500
Myulhaus2020-6106-1500


Qeyd edək ki, qrupumuzun digər matçında “Dresdner” (Almaniya) “Myulhaus”la (Fransa) qarşılaşacaq.