Bu dəfə ən yaxşı ola bilmədik
16.12.2011 - 00:10
Bu dəfə ən yaxşı ola bilmədik
Çempionlar Liqasının qrup mərhələsinin III turu Azərbaycan çempionu “Rabitə” üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, Bakı komandasının səfərdə “Fənərbaxça”ya (Türkiyə) 0:3 hesabı ilə uduzduğu oyunda nəticəyə uyğun olaraq, görüşün ən yaxşısı adını rəqib voleybolçu – Yeon Kounq Kim qazanıb. O, Zoran Qayiçin yetirmələrindən 20 xal almağı bacarıb.

“Rabitə”nin voleybolçularından ən yaxşı göstəriciyə Natalya Məmmədova imza atıb. Kapitan komandamızın aktivinə 16 xal yazdırıb. Bakı klubunun digər üzvləri – Nataşa Osmokroviç 14, Nataşa Krsmanoviç 6, Sanya Staroviç 4, Mira Qaluboviç 3, Kimberli Qlass 2 və İrina Jukova 1 dəqiq zərbə vurub.

Qeyd edək ki, bu məğlubiyyət “Rabitə”nin liderliyini itirməsi ilə nəticələnib.