“Rəqibimiz güclü olduqca biz daha da yaxşı oynayırıq”
16.12.2011 - 09:44
“Rəqibimiz güclü olduqca biz daha da yaxşı oynayırıq. Bu matçda topu oyuna əla daxil etdik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” voleybol klubunun baş məşqçisi Ze Roberto deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə fikirlərini açıqlayıb. O bildirib ki, yetirmələri Azərbaycan çempionuna qarşı möhtəşəm çıxış ediblər: “Birinci və üçüncü hissələrdə blokumuz super idi. Buna baxmayaraq, top qəbulunda bir sıra xırda səhvlər də etdik. Lakin 2 həftə öncə ilə daha əla formadayıq. Komandam yaxşı formada olsa da, blokla müdafiədə bir qədər də işləməliyik”.
Qeyd edək ki, “Rabitə” – “Fənərbaxça” matçı dekabrın 20-də olacaq.

0
0