Seda Tokatlıoğlu: Bunun üstünlük olduğunu düşünmürəm
16.12.2011 - 10:00
Seda Tokatlıoğlu: Bunun üstünlük olduğunu düşünmürəm
“Səfərdə baş tutacaq matçöncəsi üstünlük qazanmaq istəyirdik. Oyunun əvvəlindən axırına qədər yaxşı oynayaraq, bunu bacardıq”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Türkiyənin “Fənərbaxça” klubunun voleybolçusu Seda Tokatlıoğluna məxsusdur.

“Sarı-lacivərdlilər” Çempionlar Liqasında məğlubiyyətsiz irəliləyirlər. Tokatlıoğlu bildirib ki, son matçda “Rabitə”yə qalib gəlsələr də, hələ qarşıda onları cavab oyunu gözləyir: “Komanda yoldaşlarımı və azarkeşlərimizi təbrik etmək istəyirəm. Ancaq bu qələbə ilə işimiz bitməyib. İndi hədəfimiz Bakıdakı matçı da qazanaraq, növbəti mərhələyə qrup birincisi kimi yüksəlməkdir. Yeni mövsümə əla başlamışıq və klubumuzda hər kəs bir-birini çox yaxşı tamamlayır. “Rabitə”dən də bir neçə oyunçunu yaxşı tanıyırıq. Onların da bizi tanımalarını unutmamalıyıq. Bu səbəbdən də bunun üstünlük olduğunu düşünmürəm”.