İlin son oyunu
16.12.2011 - 16:05
Sabah qadın voleybolçular arasında Super Liqanda 2011-ci ilin son oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu matçda “Azərreyl” debütant “Lokomotiv Biləcəri”ni sınağa çəkəcək.
Qarşılaşmanı nominal ev sahibləri üçün yüngül məşq də adlandırmaq olar. Çünki dekabrın 20-də Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Vakıfbank TTelekom”un qonağı olacaq “Azərreyl” bu oyundan sonra Türkiyəyə yollanacaq.
I turdan təxirə salınmış görüşdə də “Lokomotiv Biləcəri”nin bir setdə də olsa belə qələbə qazanacağı gözlənilmir. Lakin Super Liqada Vüqar Əliyevin rəhbərliyi altında çıxış edən komandanın zəif rəqibə qarşı görüşdə əsas heyətinin üzvlərinə istirahət verəcəyi də istisna deyil.
I tur, təxirə salınmış oyun
12:00. “Azərreyl” - “Lokomotiv Biləcəri”
Hakimlər: Ruhid Xəlilov, Konstantin Selin
Voleybol Federasiyasının idman zalı
Qeyd edək ki, Super Liqada V turun oyunları gələn il yanvarın 6-də keçiriləcək.

1. | Bakı | 4 | 4 | 0 | 12-0 | 8 |
---|---|---|---|---|---|---|
2. | Rabitə | 2 | 2 | 0 | 6-1 | 4 |
3 | İqtisadçı | 3 | 1 | 2 | 4-7 | 4 |
4. | Lokomotiv | 2 | 1 | 1 | 3-3 | 3 |
5. | Azəryolservis | 3 | 0 | 3 | 2-9 | 3 |
6. | Lokomotiv Biləcəri | 3 | 0 | 3 | 0-9 | 3 |
7. | Azərreyl | 1 | 1 | 0 | 3-1 | 2 |

0
0