Növbəti şou şansı
16.12.2011 - 17:02
Sabah kişi basketbolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 3 görüşdən sonra lider dəyişikliyinin olacağı inandırıcı deyil.
Çünki “NTL-Tudor” 100 faizlik nəticə göstərən “Araz”dan xal almaq gücündə deyil. Əvəzində Tahir Baxşıyevin rəhbərlik etdiyi komandanın yenə şou göstərəcəyi proqnozlaşdırılır.
Çempionatının ən titullu 2 klubundan biri olan “Qala” da turu itkisiz başa vurmalıdır. Onlar əgər AZTOP-a da uduzarlarsa, bir pillə də aşağı yuvarlanacaqlar. Lakin təcrübəli Elxan Əliyev “Qala”nı bu mövsüm yenidən yüksək liqaya qayıdan komanda qarşısında “keçilməz” etmək gücündədir.
Turun son oyunu isə “Çağ öyrətim” və BDU arasında olacaq. 3 turdan sonra turnir cədvəlində 2-ci yerdə olan “şagirdlər”in “tələbələr”ə güzəştə gedəcəyi çətin olacaq. Həmçinin, çox zəif olan BDU-nun da sensasiya etməyə gücü də yoxdur.
IV tur
17 dekabr
12:00 AZTOP – “Qala”
13:30 NTL-Tudor – “Araz”
15:00 Çağ öyrətim - BDU

1. Araz | 3 | 3 | 0 | 338-159 | 6 |
---|---|---|---|---|---|
2. Çağ öyrətim | 3 | 2 | 1 | 209-205 | 5 |
3. NTL-Tudor | 3 | 2 | 1 | 140-129 | 5 |
4. Qala | 3 | 1 | 2 | 156-149 | 4 |
5. AZTOP | 3 | 1 | 2 | 202-230 | 4 |
6. BDU | 3 | 0 | 3 | 137-308 | 3 |
0
0