Lyubov Şaşkova: Biz evdə fanatlarımız qarşısında həmişə güclü oluruq
17.12.2011 - 15:03
Lyubov Şaşkova: Biz evdə fanatlarımız qarşısında həmişə güclü oluruq
“Rabitə” bizim qrupda ən güclü komandadır. Onlarla ilk oyun bizim üçün çox vacib idi”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “Fənərbaxça” (Türkiyə) klubunun voleybolçusu Lyubov Şaşkovaya məxsusdur.

34 yaşlı rusiyalı Şaşkova Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Fənərbaxça” – “Rabitə” görüşü ilə bağlı maraqlı açıqlamalar verib. O, bildirib ki, 3:0 hesabı ilə qalib gəlsələr də, komanda oyununu daha da yaxşılaşdırmalıdır: “Çox sanballı rəqib qarşısında gücümüzü yoxlamaq imkanı əldə etmişdik. Nəticə göstərir ki, biz çox yüksək səviyyədə oynaya bilirik. Halbuki, bəzi komponentlərdə oyunumuzu yaxşılaşdırmalıyıq”.

Şaşkova ilk görüşdəki uğurun sirrini də açıqlayıb: “Birincisi, biz evdə oynayırdıq və öz fanatlarımız qarşısında həmişə inamlı oluruq. Daha sonra komandamız müdafiədə çox əla təsir bağışladı. Lakin bunları deməklə, bizə arxayınlaşmaq olmaq. Çünki qrupumuz güclü klublardan təşkil olunub. Pley-offda münasib rəqiblə qarşılaşmaq üçün növbəti mərhələyə lider kimi yüksəlmək istəyirik. Ümumiyyətlə, qüvvəmizi yaxşı rəqiblərlə yoxlamaq üçün həmişə 100 faiz güclə oynamalıyıq. Çünki Türkiyə Super Liqasında bizim belə imkanımız yoxdur”.

Qeyd edək ki, “Rabitə” – “Fənərbaxça” matçı dekabrın 20-də olacaq.