“Bakı” klubu Azərbaycanın futbol brendi seçildi
17.12.2011 - 20:40
“Bakı” klubu Azərbaycanın futbol brendi seçildi
“Bakı” klubu Azərbaycanın milli brendləri sorğusunu qalib kimi başa vurub. Apasport.az-ın məlumatına görə, ann.az saytında keçirilən sorğunun nəticələrinə əsasən, ikiqat çempionumuz respondentlərin 46% səsini toplayaraq, Azərbaycanın futbol brendi seçilib.

6399 iştirakçının qatıldığı sorğu 15 oktyabr – 15 dekabr tarixlərində keçirilib. 2927 səs toplayan “Bakı” rəqiblərini böyuk üstünlüklə geridə qoyaraq, Azərbaycanın birinci klubu seçilib.

“Bakı” sorğuda ona etimad göstərərək, ilk pilləyə yüksəldən bütün insanlara təşəkkür edir.

Mənbə: fcbaku.com